Həkimdən koronavirisla bağlı VACİB AÇIQLAMA

 19:52 12.04.2020     901

Türkiyəli həkim İbrahim Çəlik nəfəs darlığı və öskürək kimi simptomların yalnız koronavirus deyil, az allergiya səbəbindən də yarandığını qeyd edib.

Redaktor.az bildirir ki, həkim allergiya ilə virusun fərqli şeylər olduğunu deyib. O qeyd edib ki, aralarındakı fərq yüksək hərarətin olmasıdır.

İbrahim Çəlik koronavirusa görə çoxlu sayda insanın təşvişə düşdüyünü söyləyib:

“Havaların isinməsiylə bitkilər çiçək açır və bu zaman çiçək tozları da çox olur. Bu dövrdə allergiya və qripə tez-tez rast gəlinir. Bunların simptomları koronavirusa bənzəsə də, aralarında fərq var. Allergiya zamanı yüksək hərarət yaşanmır, koronavirusda isə əksinədir”.

Vumart və Güvən reklamı Vumart Güvən