Koronavirus ən çox bu cihazların üzərindədir - Hamıda var... DİQQƏT!

 17:10 13.04.2020     1262

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən toxunduğumuz əşyaları dezinfeksiya etmək məcburiyyətindəyik.

Redaktor.az bildirir ki, həmin əşyalardan biri də mobil telefonudur. Onlar virus daşıyıcısı hesab olunur.

Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Tevfik Özlü məsələ ilə bağlı bunları deyib: 

“Evdən çıxmağa məcbursunuzsa, mobil telefonlarınızı plyonka ilə sarıyın. Evə gələn kimi plyonkanı çıxarıb zibil qabına atın. mobil telefonu virus daşıyıcısıdır”, - deyə qeyd edib.

“Kaspersky”-nin baş təhlükəsizlik tədqiqatçısı Maher Yamout da COVID-19 pandemiyasının tüğyan etdiyi zamanda telefonların, kompüterlərin təmizliyinə əvvəlkindən daha həssas yanaşmağın əhəmiyyətini vurğulayıb:

“Koronavirus otaq temperaturunda metalda, şüşədə, plastikdə günlərlə canlı formada qalır. Bundan dolayı cihazları mütəmadi olaraq dezinfeksiya etməliyik”.

Mütəxəssis pambığa spirt vuraraq, bu cür cihazların silinməsinin daha effektli olduğunu əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən