Dünyanı qorxuya salan iddia - Koronavirus yalnız kişiləri öldürür

 16:43 20.04.2020     1983

Dünyanı cənginə alan koronavirusla bağlı araşdırmalar göstərir ki, kişilər qadınlardan daha çox yoluxur.

Redaktor.az bildirir ki, mütəxəssislər kişilərin qadınlarla müqayisədə pandemiyaya daha tez yoluxduqlarını açıqlayıb.

COVID-19 seksist (cinsiyyətçi) bir xəstəlikdirmi? Kişilər qadınlara nisbətən daha tez yoluxur? Koronavirusdan ölənlərin əksəriyyəti kişidir? Koronavirus niyə kişilərə daha çox təsir edir?

Tədqiqatlar göstərir ki, 65 yaşdan yuxarı şəxslərdə, xroniki ağciyər xəstəliyi, orta və ağır astma, diabet, ürək, qaraciyər, xərçəng, HİV və immunitet zəifliyi kimi şikayətləri olan insanlarda koronavirusa yoluxma riski daha böyükdür.

Yayılan yeni iddia isə kişilərin daha çox yoluxması və tez ölməsi ilə bağlıdır. Alimlər qadınların infeksiyalara qarşı immunitet sisteminin kişilərə nisbətən daha güclü və daha davamlı olduğunu bildirirlər.

2019-cu ilin son rübündə Çində ortaya çıxan SARS-CoV-2 adlı bir virusun səbəb olduğu yeni koronavirus xəstəliyindən ölənlərin böyük əksəriyyətinin kişi olması koronavirusun kişilərə daha çox təsir etməsi ilə bağlı iddiaları ortaya çıxarır.