Azərbaycanda bu şəxslərə oruc tutmaq qadağan edilə bilər - KORONAVİRUS / VİDEO
"Oruc tutmaq o adam üçün düzgün hesab olunur ki, onun sağlamlığı buna imkan versin. Hər hansı xəstəliyi, metobolik sindromu, şəkərli diabeti olmayan insanlar üçün nəzərdə tutulub. İndiki, xüsusən də pandemiya dönəmində insanların immuniteti zəifdir. Bu dövrdə dini ayinlərə riayət etməkdən daha çox, genofondun sağlamlığının qorunması əsasdır".
Bu sözləri Redaktor.az-a açıqlamasında tibbi ekspert Adil Qeybulla deyib. O bildirib ki, oruc tutmaq ilk növbədə insanların öz öhdəsinə buraxılmalıdır. Lakin məhdudiyyətlərin tətbiq olunması tövsiyyə olunur:
"Qafqaz Müsəlmanları İdarəsi gərək bu məsələ ilə bağlı çıxıb danışaydı, insanlara məlumat verib, suallara aydınlıq gətirəydi. Təəssüf ki, heç bir izah verilməyib. Ona görə də bu cür çaşqınlıq əmələ gəlir. Elə insanlar var ki, inancları güclüdür və onlar oruc tutmağı özlərinə borc hesab edirlər. Amma hər bir halda bunun həlli yolu tapılmalı idi. Düşünürəm ki, bu işə məhdudiyyət qoyulsa, yaxşıdır. Hazırki dönəmdə bizim əsas hədəfimiz pandemiyadan uğurla, daha az itki ilə çıxmaq, milləti xilas etməkdir".
Sevda Ulutau / Redaktor.az













