COVID-19: Koronavirus niyə yaşlılara daha çox təsir edir?

 18:36 24.04.2020     1494

İlk olaraq Çində aşkarlanan və sonra ABŞ, İspaniya, İran, İtaliya, Fransa başda olmaqla bir-birindən fərqli 200-dən çox ölkəyə yayılan koronavirusa yoluxanların ümumi sayı 2,7 milyonu keçib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamada koronavirus risk faktorunun yaşlı insanlara və xroniki xəstələrə daha böyük ziyan verdiyi öz əksini tapıb. Bəs bu, niyə belədir? Mütəxəssislər bu sualın cavabını keçdiyimiz həftələrdə veriblər.

Yaşlı insanlar niyə daha çox risk altındadır?

Redaktor.az xəbər verir ki, yaşlandıqca xroniki xəstəliklərə tutulma ehtimalı artır. Dünyada KOAH, astma, piylənmə və diabet kimi bir çox xroniki xəstəlik səbəbindən hər il 41 milyon insan ölür. Bu say dünya miqyasında bütün ölümlərin 71%-ni təşkil edir. Yaşlıların risk qrupuna aid olmasının yeganə səbəbi xroniki xəstəliklər deyil. Yaşlılar immunitet sisteminin zəif olması səbəbindən bir çox fərqli xəstəliklərə qarşı müdafiəsiz bir orqanizmə sahibdirlər.

Yaşlı şəxslərin immun sistemi gənclərin immun sistemi ilə müqayisədə olduqca zəifdir. Bu, yaşlı insanları hər cür infeksiyaya qarşı həssas edir. Bədənə ən kiçik bir hücum belə ciddi zərər verə bilər. Digər tərəfdən, zəifləmiş immunitetə sahib olan insanlarda “sitokin fırtınası” adı verilən hadisənin yaşanma ehtimalı böyükdür. Bu durum immun sisteminin infeksiyayla mübarizə aparmaq üçün çox miqdarda kimyəvi reaksiyaya girməsi və istehsal etməsidir. 

Hər hansı xəstəliyi olmayanların koronavirus infeksiyasından ölmək riski 1% civarındadır. Ürək-damar xəstəliyi olan şəxslərin ölüm nisbəti 10,5% olduğu halda, xroniki tənəffüs xəstəliyi (astma və xroniki obstruktiv ağciyər xəstəliyi) olan şəxslərdə bu nisbət 6.3% civarındadır.

Vumart və Güvən reklamı Vumart Güvən