DİQQƏT: Barmaqlarınızdakı bu ləkələr koronavirusun əlamətidir
Amerikalı mütəxəssisləri insanın ayaq barmaqlarında əmələ gələn mavi və ya bənövşəyi rəngli ləkələrin koronavirus əlaməti olduğunu açıqlayıb.
Redaktor.az bildirir ki, bu barədə "USA Today" məlumat yayıb.
Mütəxəssislər həmçinin həmin ləkələrə toxunduqda yanma və ağrı hissinin əmələ gəldiyini qeyd ediblər. Koronavirusun bu simptomu "koronavirus barmaqları" adlandırılır.
Pensilvaniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Ebbinq Lutenbax barmaqların qanamasının infeksiyaya yoluxmanın əlaməti ola biləcəyini açıqlayıb.