Kökələ bilməyənlər nə etməlidir?

 06:26 29.04.2020     1589

Kökələ bilməyənlər üçün beş məsləhət:

1. Problemin səbəbini müəyyənləşdirmək şərtdir

Həddindən artıq arıq olan insanlarda sağlamlıqla bağlı problemlər ola bilir. Bunlara misal olaraq, bağırsaq parazitlərini, həzm sistemi problemlərini, xərçəng, vərəm kimi xəstəlikləri göstərmək olar. Bu baxımdan həkim müayinəsindən keçmək vacibdir.

2. Yediyiniz şirniyyata diqqət edin

Hər hansı sağlamlıq probleminiz olmadığı halda kökələ bilmirsinizsə, şirniyyatlara diqqət edin. Yeməkdən əvvəl şokolad, xəmirdən hazırlanmış şirniyyatlar yemək iştahı küsdürə bilir. Sağlam qidalanmağa çalışın.

3. Kalori dəyəri yüksək qidalarla qidalanın

Fındıq, badam, qoz, təzə və quru meyvələri ara yeməklərdə yemək məsləhət görülür. Əsas yeməkləri yeməyi unutmayın, karbohidrat, protein və yağ baxımından zəngin qidalar yeyin.

4. Səhər yeməyində quş südü belə olmalıdır

Kökəlmək istəyənlər üçün səhər yeməyi vacibdir. Səhər yeməyində keyfiyyətli qidalarla qidalanın.

5. Su içməyi unutmayın

Yemək yeyərkən su, meyvə suyu və başqa maye qəbulu toxluq hissi yaradır. Yeməyi yeyib bitirdikdən sonra maye qəbul edin.

Vumart və Güvən reklamı Vumart Güvən