İftar süfrəsinə hazırlaya biləcəyiniz reseptlər

 06:20 08.05.2020     1394

Redaktor.az iftar süfrəniz üçün reseptlər təqdim edir:

Qızardılmış pendirli çörək

Ərzaqlar:
Konservləşdirilmiş pomidor - 400 qr.
Tomat pastası - 0,5 x/q.
Soğan - 1 ədəd
Çedar pendiri - 175 qr.
Xardal - 0,5 ç/q.
Qara pivə - 50 ml.
Sarımsaqlı sous - ¼ ç/q.
Bir yumurtanın ağı
Xırda doğranmış cəfəri - 1,5 x/q.
Halqavari çörək dilimi - 8 ədəd
Duz və istiot zövqə görə

Hazırlanması:
Konservləşdirilmiş pomidoru, xırda doğranmış soğanı və tomat pastasını qazana töküb, 10 dəqiqə sobada bişir. Duz və istiot əlavə edib, oddan götür. Sürtgəcdən keçirilmiş pendiri, xardalı, sarımsaqlı sousu, yumurta ağını, cəfərini, duz və istiotu qarışdır. Əvvəlcədən qızardılmış çörəkləri tavaya qoyub, üzərinə birinci pomidorlu qarışığı, sonra isə pendiri tök. İsidilmiş sobaya qoyub, pendir əriyənə qədər bişir.

Sufleli rulet

Ərzaq:
Xəmir üçün:

Yumurta - 4 ədəd
Şəkər tozu - 150 qr.
Un - 150 qr.
Soda - 10 qr.
Vanil

Sufle:
Jelatin - 10 qr.
Qaymaq - 250 ml.
Şəkər tozu - 100 qr.
Moruq (başqa giləmeyvədən də istifadə etmək olar) - 150 qr.

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə birlikdə mikserdə beze halına gələnə kimi çalın. Unu və sodanı əlavə edib, qaşıqla qarışdırdıqdan sonra, yağlanmış tavaya töküb, sobada bişirin. Hazır olduqdan sonra biskviti dərhal çıxarıb, dəsmalın arasına qoyub, rulet formasında büküb, soyudun.
Jelatini 100 ml. suya töküb, vam odda bişirin. Otaq temperaturunda soyudun. Qaymaqla şəkər tozunu köpük halına gələnə kimi mikserdə çalın. Üstünə jelatini töküb, qarışdırmağa davam edin. Sonra giləmeyvələri əlavə edin. Alınan sufleni soyuducuda 1 saat saxladıqdan sonra ruletin arasına yaxıb, bükün. Sufledən azca ruletin üstünə töküb, giləmeyvə düzün. Soyuducuda 3-4 saat saxladıqdan sonra süfrəyə verin.

Göbələkli ət qovurması

Ərzaqlar:
Quzu əti -1/2 kq.
Soğan - 3 ədəd
Göbələk - 1,5 stəkan
Yağ - 2 x.q
Duz, istiot zövqə görə

Hazırlanması:
Yağı tavaya qoyub isidin, göbələkləri iri doğrayıb üzərinə əlavə edin. Bir az qovrulduqdan sonra xırda doğranmış soğanı tökün. Bir neçə dəqiqə qızardıqdan sonra duz, istiot əlavə edin. Ətləri digər tavada qızardın. Hazır olduqdan sonra göbələkli qarışığa qatıb, bir az sobada saxlayıb, isti halda süfrəyə verin.