Stressi 5 dəqiqədə yox edən MÜKƏMMƏL ÜSUL

 21:44 07.05.2020     911

Qədim Yapon texnikası ilə 5 dəqiqədə bədəndəki stressi azaltmaq olar.

Redaktor.az xəbər verir ki, bu üsulu tətbiq etməzdən əvvəl bütün barmaqların fərqli hiss və davranışları təmsil etdiyini bilmək lazımdır.

Baş barmaq (Narahatlıq): Gərginlik və stress kimi duyğulara qalib gəlməyə yardım edir.

Şəhadət barmağı (Qorxu): Qorxunu aradan qaldırmağa yardım göstərir.

Orta barmaq (Qəzəb): Qəzəb və incikliyə nəzarət etməyə kömək olur.

Adsız barmaq (Bədbəxtlik): Depressiya və kədərə qalib gəlməyə yardım göstərir, daha qərarlı olmağı təmin edir.

Çeçələ barmaq (Hörmət): Qayğını azaldır, həyata daha optimist gözlə baxmağa kömək edir və özünə inamı qaytarır.

Orqanizmdə həyat enerjisini toplamaq üçün bir əlinizlə digər əlinizdəki barmağı tutun. Bütün barmaqları növbə ilə 1-2 dəqiqə masaj edərək saxlayın. Damarların döyüntüsünü hiss edirsinizsə, deməli, bu üsul işə yarayır.

Beyninizi rahatlaşdırmaq üçün əlinizin mərkəzi hissəsinə baş barmağınızla yüngülcə basın. Ən az 1 dəqiqə gözləyin. Yaponlar sakitləşmək və daxili balansı təmin etmək üçün hər gün bu texnikaları tətbiq etməyi məsləhət görür.