“Siqaret ölüm riskini artırır!” – ÜST təsdiqlədi

 13:15 11.05.2020     927

Çin, ABŞ və Fransa alimlərindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da koronavirus infeksiyasının siqaret çəkən şəxsləri daha tez öldürdüyünü təsdiqlədi.

Redaktor.az xəbər verir ki, ÜST-in proqram rəhbəri Mariya van Kerkhov bu iddianı təsdiq edib. O, qeyd edib ki, hər il milyonlarla insan siqaretdən ölür.

“Bəlli olduğu kimi COVİD-19 solunum (tənəffüs) yolu xəstəliyidir və siqaret çəkmək ağciyərlərə ciddi zərər verir. Siqaretin koronavirusa yoluxan xəstələrin vəziyyətini sürətlə ağırlaşdırdığına və ölüm riskini artırdığına dair araşdırmalarımız var” – deyə, Mariya van Kerkhov bildirib.