Bu yeməkləri iftar süfrəsi üçün hazırlaya bilərsiniz

 03:22 18.05.2020     962

Redaktor.az "İftar menyusu"nu təqdim edir:

“Ezogəlin” şorbası

Ərzaqlar:

Qırmızı mərci – 1 st.
Düyü – 1 x/q.
Ət suyu – 2,5 st.
Soğan – 1 ədəd
Un – 2 x/q.
Yağ – 2 x/q.
Nanə - 2 ç/q.
Kəklikotu – 1 ç/q.
Duz, qırmızı və qara istiot zövqə görə
Su

Hazırlanması:

Ət suyunu qaynadıb, təmizlənmiş mərci, düyü və xırda doğranmış soğanı içərisinə töküb, yumuşalana qədər bişirin. Hazır olduqdan sonra blenderdən keçirin. Digər qabda yağı əridib, unu töküb, rəngi dəyişənə qədər qovurun. İçərisinə qarışdıra-qarışdıra ilıq su tökün. Qatı hala gəldikdən sonra mərcili qarışığı içərisinə əlavə edin. Içərisinə duz töküb bir buğum qaynadın. Digər qabda yağ əridib, içərisinə qırmızı bibər, nanə və kəklikotu tökün. Şorbanı süfrəyə verərkən üzərinə azca ondan əlavə edin.

Darçınlı keks

Ərzaqlar:

Yumurta – 4 ədəd
Şəkər tozu – 1 st.
Duru yağ – 1 st.
Süd – 2 st.
Vanilin – 2 ədəd
Qabartma tozu – 2 ədəd
Alma – 4 ədəd
Portağal – 1 ədəd
Darçın – 1 çay qaşığı
Un apardığı qədər

Hazırlanması:

Yumurta və şəkər tozunu yaxşı qarışdırdıqdan sonra üzərinə duru yağ, süd, vanilin, əlavə et. Kənarda qabığı soyulmuş almanı dördkünc doğra, portagal qabığını rəndələ, üstünə darçını əlavə edib, yumurtalı qarışığa tök. Sonda un və qabartma tozunu qatıb, yaxşı qarışdırdıqdan sonra 180 dərəcə isidilmiş sobada bişir.

Lahmacun

Ərzaq:
Xəmir üçün:
Un - istəyə görə
Duz, su və maya

İç üçün:
Qiymə - yarım kq.
Pomidor - 3 ədəd
Acı bibər - 3 ədəd
Soğan - 4 ədəd
Pomidor tomatı - 1 x/q.
Bibər tomatı - 1 x/q.
Duru yağ - 3-4 x/q.
Duz, qara və qırmızı istiot zövqə görə
Keşniş - 1 dəstə

Hazırlanması:
Xəmir yoğrulub «gəlməyə» qoyulur.
Bütün ərzaqları blenderdən keçirib, ətə əlavə edib, tomat, düz və istiotu töküb çoxlu qarışdırın. Hazır olan xəmirdən balaca kündələr düzəldin. Çox nazik olmamaq şərtilə yayıb, üzərinə duru yağ çəkin. Sonra ətli qarışıqdan əlavə edib, sobada bişirin. Süfrəyə verərkən yanına limon və cəfəri qoyun.