DİQQƏT! 2500 kalorilik kökəlmə pəhrizi

 07:26 18.05.2020     967

Zəif olmağınız sizi incidir, kilo almağın üsullarını axtarırsınız? "Kökəlmək üçün nə etməliyəm", "Kilo ala bilmirəm" deyənlərdənsinizmi?

Bu yazımızda sürətli kilo almağınıza köməkçi olacaq 2500 kalorilik kökəlmə pəhrizini təqdim edirik. 

Səhər yeməyi
1 kasa yulaf əzməsi, 1,5 stəkan az yağlı süd, yarım su stəkanı quru üzüm.
1 stəkan portağal suyu

Ara pay
1 alma və 24 ədəd badam
1 stəkan su

Günorta Yeməyi
4 dilim (250 qram) toyuq və ya hind quşu, 2 dilim pomidor, kahı xardal və 2 böyük tam taxıllı çörək.
1 stəkan yağsız süd
1,5 kasa yağlı kartof və ya kompir.

Günorta ara pay
1 stəkan su
1 zülalLı bar

Axşam yeməyi
Bir kasa zeytunyağlı limonlu salat
250 qram balıq
1 kasa ispanaq
1,5 kasa yağlı kartof və ya kompir.(közdə bişmiş kartof)
1 stəkan meyvə suyu

Gecə ara pay
1,5 kasa qatıq, 1,5 kasa dilim-dilim kəsilmiş çiyələk.
1 stəkan su