Ötən il Azərbaycanda qızılcadan 3 nəfər ölüb

 15:14 18.05.2020     738

2019-cu ildə Azərbaycanda 337 nəfər qızılca xəstəliyinə tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata əsasən, xəstəliyə tutulanlardan 196 nəfəri kişi, 141 nəfəri qadındır. Onlardan 62-si 18 yaşadək, 275-i isə 18 və yuxarı yaşda olan şəxslərdir.

Ötən il qızılcadan ölənlərin sayı isə 3 nəfər olub. 

Bildirilib ki, qızılca ilə xəstələnmə halları Bakı şəhəri və Abşeron rayonunda qeydə alınıb. //APA