"İftar menyusu"nda bunları edin

 16:19 18.05.2020     961

Redaktor.az "İftar menyusu"nu təqdim edir:

"Qəlyə"

Ərzaq:

Sümüksüz ət - 1 kq.
Soğan - 1 kq.
Şobalıd - 1 kq.
Nar - 2 ədəd
Yağ - 1 stəkan
Ət suyu - 1,5 stəkan
Düz və qara istiot zövqə görə

Hazırlanması:

Soğanı soyub, uzunsov doğrayıb, yağda azca qızardın. Əti qaynadıb, soyuması üçün kənara qoyun. Şobalıdı qabıqdan çıxarıb, narı dənələyin. Tavaya bir lay soğan, bir lay ət, bir lay şobalıd və nar düzün. Bunu ərzaqlar qurtarana qədər təkrarlayın. Sonra ət suyu, yağ və zövqə görə duz, istiot əlavə edib, suyu çəkilənə qədər bişirin. Süfrəyə isti halda verilir.

Əriştəli pendir şorbası

Ərzaqlar:
Süd - 2,5 x/q.
Yumurta - 3 ədəd
Duru pendir - 3 stəkan
Yağ - 1 x/q.
Toyuq filesi - 10 qr.
Soğan - 1 ədəd
Duz zövqə görə
Ət bulyonu

Hazırlanması:
Bir qaba südü və yumurtanı əlavə edib, yaxşıca qarışdır. Üzərinə pendir və duz əlavə edib, qarışdırmağa davam et. Yağda onu blinçik kimi qızartdıqdan sonra, sobada 10 dəqiqə bişir. Soyuduqdan sonra əriştə formasında doğra. Kənarda xırda doğranmış soğanı yağda qızardıb, üzərinə bişmiş toyuq filesini əlavə et. Bir az qovurduqdan sonra əriştəni və bulyonu töküb bişir.

Spagetti "Balonya"

Ərzaqlar:
Spagetti - 100 qr.
Kərə yağı - 2 x/q.
Hisəverilmiş ət - 100 qr.
Doğranmış soğan - 2 x/q.
Pomidor - 2 ədəd
Bulyon - 1/5 st.
Sürtgəcdən keçirilmiş pendir - 2 x/q.
Göyərti, istiot və duz zövqə görə

Hazırlanması:
Suyu qaynadıb, üzərinə bir az duz töküb, spagettini bişir. Bişmiş spagettini kərə yağı və istiotla qarışdır. Konservləşdirilmiş əti xırdalayıb, üzərinə soğanı əlavə edib, kərə yağında qovur. Bir az sonra xırda doğranmış pomidoru, göyərtini, duz, istiot və bulyon əlavə edib, ət yumşalana qədər vam odda bişir. Spagettini boşqaba töküb, üzərinə qovurmadan və rəndələnmiş pendirdən əlavə et.