Ayaqları ionlu suda saxlayın - İNANILMAZ DƏYİŞİKLİK

 23:11 29.05.2020     834

Ayaq detoksu ilə orqanizmdən zəhərli toksinləri atmaq mümkündür.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayaq detoksu qidalanmada heç bir dəyişiklik etmədən bədəninizdə yığılan zərərli mayeləri atmaq üsuluna deyilir. Aparılan tədqiqatlar nəticəsində ekspertlər müəyyən edib ki, ayaqlar birbaşa orqanizmin mühüm sistemlərinə və orqanlarına bağlanan təbii enerji nahiyələrinə sahibdir. Bu da imkan verir ki, ayaqları duzlu suda saxlayaraq bədən toksinlərdən təmizlənsin.

Gündəlik həyatın tələbləri bədəni yora bilər. Odur ki, detoks vannaları bədəni və ayaqları rahatlaşdıran bir qulluq növüdür. Bu, xüsusilə ayaqlardakı yorğunluğu qısa müddətdə aradan qaldırmaq üçün effektivdir.

1. İon ayaq vannası

İlk növbədə qeyd edək ki, ion - maye duzlardır. İon mayeləri müxtəlif üzvi kationlardan və geniş çeşiddə üzvi və qeyri-üzvi anionlardan ibarətdir. İon mayesinin tərkibində kation və anionların bu cür kombinasiya edilə bilmə imkanı hər bir prosesin təyinatına uyğun spesifik həlledici əldə etməyə imkan verir.

İon vannası güclü kimyəvi reaksiya yaratmaq üçün elektrik cərəyanı işlədilməsinə bənzəyir. Duz iltihab önləyici funksiyanı yerinə yetirir, ilıq su isə məsamələri açır. Beləliklə, vannada ionlar ayağa sorulur və bütün orqanizmin zəhərinin aradan qaldırmasını təmin edir. Duz tündləşibsə, deməli, toksinlər orqanizmdən xaric olub.

İnqrediyentlər:

1 su stəkan dəniz duzu

1 stəkan vanna duzu (epsom duzu)

2 stəkan qabartma tozu

Hazırlanması:

Bütün bu inqrediyentləri qaynamış suya əlavə edib bir qədər qaynadın. Sonra ləyəni ılıq su ilə doldurub bir az alma sirkəsi və digər qazanda qaynatdığınız duzlu suyu əlavə edin. Yaxşı nəticə almaq üçün ayaqları 30 dəqiqə ləyəndə saxlayın. Bu maqnezium səviyyəsini artıracaq, dərini sakitləşdirəcək və bədəni təmizləyəcək. İlk seansda özünüzü yaxşı edəcəksiniz.

2. Gil detoksu

İnqrediyentlər:

Yarım su stəkan vanna duzu

Yarım stəkan gil

Hazırlanması:

Ləyəni isti su ilə doldurun və vanna duzunu üzərinə əlavə edin. Daha sonra bentonit gilini taxta qaşıqla qarışdıraraq qaba əlavə edin. Bədəninizi toksinlərdən təmizləmək üçün 20-30 dəqiqə qədər ayaqları içində saxlayın.

3. Oksigen detoksu

İnqrediyentlər:

1 xörək qaşığı quru zəncəfil tozu

2 stəkan oksigenli su

Hazırlanması:

Ləyəni ilıq su ilə doldurub zəncəfil və oksigenli suyu əlavə edin. Toksinlərin xaric olunması üçün ayaqları bu suda 30 dəqiqə saxlayın.