Növbəli işləyənlərin beyni SÜRƏTLƏ QOCALIR

 22:54 05.06.2020     930

Fransız alimlər növbəli iş rejiminin beynin vaxtından əvvəl yaşlanmasına səbəb ola biləcəyi və zehni kütləşdirə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Redaktor.az xəbər verir ki, növbəli işin beyin üzərindəki təsiri ilə bağlı aparılan araşdırmalar çərçivəsində, Fransada üç min nəfər üzərində yaddaş, düşünmə sürəti və idrak qabiliyyəti ölçən testlər tətbiq olunub.

Beynin funksiyalarında yaşlandıqca görülən geriləmə prosesinin növbəli işləyən insanlarda sürətləndiyi müşahidə edilib. Belə insanlarda idrak bacarıqlarının azalması təsirlərinin iş həyatının sona çatmasından sonra ən az daha 5 il davam etdiyi müəyyən olunub.

İdrak bacarıqlarının azalmasının qarşısını almaq üçün iş saatlarının nizamlı olması və səhiyyə idarələrinin buna laqeyd qalmamasının lazım olduğu bildirilir.