Koronavirus xəstələrini bu dərmanla sağaltdılar

 17:25 06.06.2020     833

Bir qrup elm adamı mədə yanğısı üçün istifadə edilən “Famotidin” dərmanının koronavirusun müalicəsində köməkçi olduğu qənaətinə gəlib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Gut” jurnalında dərc edilib. Təcrübədə 10 koronavirus xəstəsi iştirak edib. Onlar 11 gün ərzində gündə üç dəfə 80 mq dozada dərman qəbul edib. Preparatın təsiri ilə beş simptomun yaxşılaşdığı məlum olub: öskürək, təngənəfəslik, yorğunluq, baş ağrısı, dad və iybilmə qabiliyyətinin bərpası.

İlk 24 saat ərzində iştirakçıların vəziyyəti xeyli yüngülləşib, əhəmiyyətli irəliləyiş müşahidə olunub. Eyni zamanda alimlər dərmanın klinik effektivliyini təsdiq edə bilməyib, çünki əldə edilən məlumatlar kifayət etməyib. //Publika.az