ÜST maskaların istifadəsi ilə bağlı təlimatını yeniləyib

 20:28 06.06.2020     995

Ümumdünya Səhiyyə Təşkilatı maska istifadəsi ilə bağlı yeni təlimatları açıqlayıb.

Bu barədə Redaktor.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Qeyd olunub ki, təlimatlara görə infeksiyanın yoluxma təhlükəsi yüksək olan bütün ictimai yerlərdə maskaların istifadəsi zəruridir. 

"ÜST-ün maska istifadəsinin əhəmiyyəti ilə bağlı yeni tövsiyələri akademik çalışmalarla sübut edilib. 

Vətəndaşlarımızı bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi qaydalara əməl etməyə çağırırıq" - deyə, məlumatda qeyd olunub. 

Vumart və Güvən reklamı Vumart Güvən