Tez vaxtda kilo alma proqramı

 06:27 08.06.2020     820

Sürətli kilo almaq və ya sürətli kilo vermək bir çox dietoloqlar tərəfindən tövsiyyə edilməsə də çox ehtiyacınız olduğunu düşünürsünüzsə bu sürətli kilo almaq pəhrizini sınaqdan keçirə bilərsiniz.

Redaktor.az xəbər verir ki, ümumiyyətlə idmançıların və bədən inkişaf etdirmə mütəxəssislərinin ağır məşqlərlə birlikdə istifadə etdiyi bir pəhriz olduğu üçün sizin də idmanla birlikdə bu pəhrizi tətbiqiniz yaxşı bir görünüşə də sahib olmanıza kömək edəcəkdir.

Birinci Pay - Saat 07.00
Ən az bir stəkan yağsız süd
Bir kasa yağsız və ya az yağlı qatıq
Bir ədəd meyvə

İkinci Pay - Saat 09.00
Bir böyük alma
Az miqdarda zülal (protein) ehtiva edən bir qida maddəsi (yumurta ola bilər)

Üçüncü nahar - Saat 12.00
2 ədəd qızartma toyuq sinəsi
1 boşqab düyü plovu
1 kasa yağsız və ya az yağlı qatıq

Dördüncü nahar - Saat 15.00
Atıştırma olaraq yenə az miqdarda zülal ehtiva edən qidalar
1 ədəd banan

Beşinci nahar - Saat 19.00
2-3 ədəd yağsız bifşteks
1 boşqab düyü plovu və yanında qaynadılmış kartof

Altıncı nahar - Saat 22.00
Yatmazdan əvvəl bir banan ya da alma