İmmuniteti gücləndirən sehirli çay

 23:44 08.06.2020     998

İmmunitet sisteminin güclənməsi və soyuqdan qorunmaq üçün bir sıra vitamin komplekslərinə külli miqdarda pul xərcləyirik.

Amma Redaktor.az-ın təqdim etdiyi bu sehirli içki artıq xərc tələb etmir.

Tərkibi:

1 çay qaşığı qara çay

yarım portağal suyu

1 çimdik darçın və ya 1 darçın çubuğu

1 çimdik zəncəfil

1 dənə mixək

zövqə görə bal və cirə

Hazırlanma qaydası:

İlk öncə çaydana su doldurub qaynadın. Stəkana quru çay tökün və üzərinə qaynar su töküb doldurun. Yarım portağalın şirəsini sıxın və çaya əlavə edin (vitaminlərin qalması üçün çayı soyudub sonra şirəni əlavə etmək olar). Daha sonra çaya darçın, mixək, zəncəfil və başqa ədviyyatları əlavə edib qarışdırın. Dəm alması üçün 5 dəqiqə kənara qoyun və daha sonra süzün. Zövqə görə bal əlavə edin və için.