Qüsursuz dəriyə sahib olmaq üçün BUNU EDİN

 02:14 09.06.2020     1208

İlin bütün fəsilləri üz dərisinə müxtəlif cür təsir göstərir. Yayda dərini günəş şüalarından qoruduğumuz kimi soyuq havalarda da üz dərisini quruluqdan müdafiə etmək lazımdır. Əks halda dəriniz quruyur və qırışlar əmələ gəlir. Bu isə öz növbəsində dərinin yumuşaqlığını və elastikliyini itirməsinə səbbə olur. Bunun üçün müntəzəm olaraq istifadə etdiyimiz kremlər olsa da, təbii maskalar daha mükəmməl nəticə əldə etməyinizə kömək edəcək.

Redaktor.az oxucularına üz dərisini qurumağa qoymayan, nəmləndirici kremləri əvəz edən maskaların hazırlanma qaydasını təqdim edir:

-Nazik pambıq qatını 50-100 qram giləmeyvə (moruq, çiyələk), meyvə (gavalı, şaftalı, ərik) şirəsində isladıb üzünüzdə saxlayın. Təxminən 20-25 dəqiqə üzünüzdə saxladıqdan sonra pambıqları yenidən meyvə şirəsində isladıb prosesə davam edin. Daha sonra isə üzünüzü quru makiyaj pambıqları ilə silin. Bu prosesi tərəvəz (pomidor, kələm, yerkökü) şirələri ilə də etmək mümkündür.

-2 yemək qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını, 3 yemək qaşığı yulafı, yarım stəkan çiyələyi krem halına gələnə qədər qarışdırın. Əldə edilən qatı qarışımı üzünüzə masaj edərək çəkin. 15-20 dəqiqə qurumasını gözlıyin. Daha sonra iliq su ilə yuyun

-2 ədəd təzə xiyarı kiçik gözlü sürtgəcdən keçirin. Şirəsini çıxarmadan üzünüzə çəkin və 20-25 dəqiqədən sonra otaq temperaturunda olan suda isladılmış pambıqla təmizləyin. Maskaya un da əlavə etmək olar. Əgər dəriniz çox həssasdırsa, onda xama əlavə edin. Ümumiyyətlə, meyvə və tərəvəz maskalarından əvvəl üzünüzü qaymaqla, yaxud duru xama ilə silmək məsləhətdir.

2 xörək qaşığı südü və balı qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə 1 dəfə edin.

1 xörək qaşığı balı, 1 yumurta sarısını qarışdırıb üzünüzə çəkin. Maskanı çəkdikdən sonra 10 dəqiqə saxlayın və yuyun.

P.S. Dermatoloqların sözlərinə görə dərisə özünü büruzə verən müxtəlif problemlər bilavasitə mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulmasından irəli gələ bilər. Dərinizin mükəmməl olmasını istəyirsinizsə, sağlam qidalanmalı, bol su içməli, mümkün qədər idmana vaxt ayırmalısınız. Dəri ən çox gərilmələrə məruz qaldığı üçün və kifayət qədər su çəkmədikdə çat verir. Çünki bədənə daxil olan suyun miqdarı az olduqda dəri elastikliyini itirir və çatların əmələ gəlməsinə şərait yaranır.