“Koronavirusdan qorunma duası” satılır - QİYMƏTİ 7 MANAT / FOTO

 13:35 16.06.2020     6001

Türkiyədə “koronavirusdan qorunma duası” satışa çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Show TV” kanalında yayımlanan Zahidə Yetişin verilişində bəhs edilib.

Duanın üstündə ərəbcə yazı “Axmağı yolmaq duası” (Kerizi yolma duası) kimi tərcümə olunur.

“Koronavirus duası”nın 29.90 lirəyə (təxminən 7 AZN) satıldığı bildirilir.

Vətəndaşların dini inanclarından sui-istifadə edərək, pul qazanmaq istəyənlər qınanılıb.

//Oxu.az