Kassirin səhvi pensiyaçını milyonçu etdi

 02:17 09.07.2020     1345

Kanadalı pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.

Redaktor.az xəbər verir ki, 82 yaşlı Kombermer sakini "Lotto 6/49” lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona "Lotto Max” bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. O, uduşu sənədləşdirərkən kassirə bəxşiş verdiyini deyib:

"Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim”, - deyə pensiyaçı etiraf edib.

Eyni zamanda, məlum olub ki, Maykl Battın qardaşı da 1980-ci illərin sonlarında lotereyada 3,5 milyon Kanada dolları udubmuş.

Vumart və Güvən reklamı Vumart Güvən