Saç tökülməsinin iki əsas səbəbi - BUNLARA DİQQƏT!

 06:28 09.07.2020     1402

Saç tökülməsinin iki əsas səbəbi stres və insan bədənində dəmir çatışmazlığıdır.

Redaktor.az xəbər verir ki, bunu “İzvestiya”ya həkim-dermatoloq Tatyana Yeqorova bildirib.

Onun sözlərinə görə, güclü stres keçirdikdən sonra saçların tökülməsi birdən-birə deyil, bir neçə ay ərzində baş verə bilər. Mütəxəssis deyib ki, güclü narahatlıq bu problemin ən geniş yayılmış səbəblərindən biridir və bununla üzləşən zaman mütləq həkimə müraciət edilməlidir.

Saç tökülməsinin ikinci əsas səbəbi olan dəmir çatışmazlığı aradan qaldırıldıqdan sonra saçlar daha qalın və güclü olur.

Vumart və Güvən reklamı Vumart Güvən