Feysbuka qarşı kütləvi boykot davam edir - Zuckerberg 7 milyard itirdi
Kanadada yerləşən 5 ən böyük bank da Feysbuk sosial şəbəkəsini irqçilik, zorakılıq və yanlış məlumatların yayılması ilə ciddi mübarizə aparmamaqda ittiham edərək, sözügedən şəbəkənin beynəlxalq boykotuna qoşulub.
Redaktor.az bildirir ki, aksiya ABŞ-ın polis vəhşiliyinə qarşı etirazları və irqi dözümsüzlük təzahürləri ilə birbaşa bağlıdır.
Mütəxəssislərin fikrincə, Şimali Amerika şirkətləri tərəfindən atılan bu addım müştəri sədaqətini qorumaqla, qeyri-sabit vəziyyətdə düzgün davranış yolunu tapmaq cəhdidir.
Scotiabank, RBC, CIBC, BMO və TD kimi məşhur banklarda bir aydır ki, şəbəkə platformasındakı reklamları donduracaqlarını söyləyiblər.
Ölkənin ən böyük kredit ittifaqları federasiyası Desjardins Group da aksiyaya qoşularaq, Feysbuk və İnstaqramdakı reklamlarını dayandıracaq. Boykot insan haqları qurumları, o cümlədən, Anti-Defamation League və National Association for the Advancement of Colored People tərəfindən təşkil edilib.
#StopHateForProfit adlı aksiya, böyük marka və şirkətləri, irqçiliyin, zorakılığın və yanlış məlumatların yayılması ilə mübarizə üçün yetəri qədər tədbir görmədiyi iddia edilən sosial şəbəkələrlə işlərini dayandırmağa çağırır.
Kampaniya iştirakçıları iddia edirlər ki, Feysbuk şirkəti may ayının sonundan başlayan etiraz aksiyalarının üzvlərinə qarşı öz platformasında zorakılığa çağırışları yerləşdirməyə imkan verir.//Ted.az












