Prezidentin avtobus kartını göstərdi - FOTO

 21:40 10.07.2020     2332

Prezidentin köməkçisi Hikmət Hacıyev avtobus kartını göstərib. 

Redaktor.az xəbər verir ki, Hikmət Hacıyev bugünkü brifinqdə ictimai nəqliyyatdan istifadə etdiyini demişdi.

Ona sual verən jurnalistə, "Əgər ehtiyac varsa, brifinqdən sonra avtobus kartını göstərə bilərəm” deyə cavab vermişdi.

O, sözünün üstündə durub və brifinqdən sonra avtobus kartını jurnalistə göstərib. 

Həmin fotonu təqdim edirik: //Azxeber

2