Məşhur müğənni koronavirusdan sağaldı: “Evə buraxılacağam”

 15:40 11.07.2020     1944

Rusiyalı müğənni Anita Tsoy koronavirusdan sağalıb.

Redaktor.az xəbər verir ki, bunu məşhur ifaçı “Instagram” səhifəsində bildirib:

“Artıq verdiyim testin nəticəsi neqativ çıxıb. Sabah kompüter tomoqrafiyasından keçiriləcəyəm və qan analizi götürüləcək. Hər şey yaxşı olsa, bazar ertəsi xəstəxanadan evə buraxılacağam”.

Qeyd edək ki, ata tərəfdən koreyalı, ana tərəfdən özbək olan, ancaq Moskvada doğulmuş 49 yaşlı müğənni iyunun sonunda xəstəxanaya yerləşdirilmişdi. // Oxu.az