Tanınmış psixoloq Elnur Rüstəmov “Sevilənlər sevənlər”in qonağı olub
Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikasının növbəti qonağı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov olub.
Redaktor.az xəbər verir ki, 1551 nəfər izləyicinin qatıldığı görüşdə psixoloq ilk növbədə son günlər Azərbaycanın Tovuz rayonunda Respublikanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə həlak olmuş şahidlərimizi yad edərək, ailələrinə səbr diləyib.
Daha sonra Elnur Rüstəmov pandemiya dövründə insanların rastlaşdıqları problemləri qruplara bölərək, izahlı şəkildə təsvir edib və problemlərin aradan qaldırılması yollarını izləyicilərin diqqətinə çatdırıb. Həmçinin müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, insanların kiçik xoşbəxtliklərdən zövq almağı bacarmalı olmalarından də söhbət açılıb. Psixoloq mütaliə mövzusunda geniş söhbət apararaq, insanlara “Qobustanamə”, “Kəlilə və Dimnə”, fərdi inkişaf üçün Viktor Franklın “Həyata HƏ demək” və s. bu kimi kitabları oxumağı tövsiyə edib.
İstifadəçilər Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov ilə keçirilən yayıma https://www.instagram.com/p/CCl5D3pCLbn/ linkı vasitəsilə baxa bilərlər.
Respublika Gənclər Kitabxanasının əməkdaşları Elnur Rüstəmov haqqında video çarx hazırlayıb. Bu materialları kitabxananın İnstagram səhifəsindən https://www.instagram.com/p/CCjFRfVBPJ_/ linki ilə izləyə bilərsiz.












