Məhşur bloqer şəhidlərlə bağlı paylaşım etdi - FOTO

 10:12 17.07.2020     1347

Rusiyada yaşayan tanınmış azərbaycanlı bloqer Hüseyn Həsənov son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatda şəhid olmuş hərbçilərimizin fotosunu paylaşıb.

Redaktor.az verir ki, bloqer “Instagram”-da erməniləri sərt tənqid edib:

“Çox təəssüf ki, vətənimin sərhədində münaqişə qızışıb, nəticədə hərbçilər və dinc sakinlər həlak olub. Orada şəhid olanlar kiminsə atası, əri, qardaşı, oğludur.

Hər zaman istənilən aqressiyaya qarşı olmuşam, sizi də buna çağırıram. Hər birimizin uzun və xoşbəxt həyatımızı davam etdirmək üçün imkanımız olmalıdır və heç kəsin bizi doğma evimizdən və torpaqlarımızdan məhrum etmək hüququ yoxdur!

Hazırda Azərbaycanda baş verənlər izaholunmaz qədər ağırdır. Mən vətənim Azərbaycanı çox sevirəm və ümid edirəm ki, yaxın vaxtlarda hər şey arxada qalacaq və sülh olacaq.

Şəhid olan əsgər və zabitlərin ailələrinə başsağlığı verirəm!”, - deyə bloqer bildirib.

Mahir Xəttab / Rdaktor.az