BU dərmanları qəbul edərkən şokolad yeməyin

 16:55 26.07.2020     626

Moskvadakı Seçenov adına Tibb Universitetinin 3 saylı klinik xəstəxanasının mütəxəssisi Vladimir Beketovun sözlərinə görə, antidepressantların və sedativ preparatların qəbulu zamanı şokoladdan imtina edilməlidir.

Redaktor.az xəbər verir ki, həkim həmçinin bu dövrdə kakao, şərab və sinir sisteminin işinə mənfi təsir göstərə biləcək digər məhsullardan da istifadə etməməyi məsləhət görüb.

V. Beketovun bildirdiyinə görə, şokolad sinir sistemini oyadır, belə ki, tərkibində kaliumun və piylərin miqdarı çoxdur. Sinir sisteminə oxşar təsir göstərən qida məhsullarına avokadonu, bananı, pendiri, soyanı və hisə verilmiş kolbasanı aid etmək olar. “Bu məhsulların hamısının tərkibində tiramin adlı maddə var ki, bu da orqanizmdə toplanaraq, arterial təzyiqin yüksəlməsinə və kəskin başağrısına səbəb ola bilər”, - deyə mütəxəssis qeyd edib. //Oxu.az