"Küləklə sovrulanlar"ın Melanisi öldü

 04:10 27.07.2020     1153

“Küləklə sovrulanlar” filminin məşhur aktrisası, iki dəfə “Oskar” mükafatçısı olmuş ingilis-amerikalı aktrisa Oliviya de Hevillend 104 yaşında dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə “TMZ” nəşri məlumat yayıb. Aktrisa Parisdəki evində vəfat edib.

Oliviya de Hevillend “Robin Qudun macəraları”, “Küləklə sovrulanlar”, “Varis”, “Sakit, sakit, əzizim Şarlotta” filmləri ilə məşhurdur. Onu Hollivud kinematoqrafiyasının “qızıl erası”nın yaşayan sonuncu aktrisası hesab edirdilər.

O.Hevillend 2 dəfə “Qızıl Qlobus” mükafatına da layiq görülüb. // Qafqazinfo