Apatiya demensiyanın ilkin əlaməti ola bilər

 20:35 27.07.2020     1133

Ürək xəstələrində apatiya demensiyanın ilkin əlaməti ola bilər.

Redaktor.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Kembric Universitetinin alimləri gəliblər.

Alimlər bildiriblər ki, depressiya yox, onun sadəcə dolayı əlamətlərindən biri demensiya riskinin inkişafına işarə edir.

Niderland və Böyük Britaniyada keçirilən araşdırmada 450 ürək xəstəsi iştirak edib. Hər iki qrupdan məlum olub ki, depressivlərdən daha çox apatik insanlar demensiya riskinə meyillidirlər.

Araşdırmada iştirakçıların həmçinin yaşı, təhsili və koqnitiv bacarıqları nəzərə alınıb.