Rusiyada şərablı dondurma istehsal edilib

 19:28 07.08.2020     2027

Rusiyanın Krasnodar diyarında şərablı dondurma kolleksiyası istehsal edilib.

Redaktor.az-ın məlumatına görə, dondurmalarda spirtin həcmi 3 faizə bərabərdir.

Məhsul Rusiyanın “Kuban-Vino” və İtaliyanın “Gelati” şirkəti ilə birgə buraxılıb.

Bu cür dondurmalar hələlik yalnız Krasnodar şəhərində satılır. Məhsulu yetkinlik yaşına çatmış şəxslər ala bilərlər. //Trend.az