Ümumdünya Pişik Günü - Pişiklərə qayğı göstərək!

 17:12 08.08.2020     2244

Bu gün Ümumdünya Pişik Günüdür.

Redaktor.az xəbər verir ki, Ümumdünya Pişik Günü, Beynəlxalq Heyvanlara Qayğı Fondunun (IFAW) təşəbbüsü ilə başladılıb və 2002-ci ildən bəri hər il 8 avqustda qeyd olunur.

Bu günün məqsədi dünyada pişiklərin problemlərinə diqqət çəkmək, onların həllinə nail olmaqdır.

IFAW və digər heyvan hüquqları təşkilatları Ümumdünya Pişik Günündə sığınacaqlarda qayğıya ehtiyacı olan, ağır yaşayış şəraiti ilə mübarizə aparan və zorakılığa məruz qalan pişiklər haqda insanlara məlumat verilir.

Alimlər iddia edir ki, 9 min ildən çoxdur insanlarla birlikdə yaşayan pişiklər bəşər övladının evcilləşdirdiyi ilk heyvandır. Bundan başqa, pişiklər insanların ən çox qəbul etdiyi və sahibləndiyi heyvan növüdür.

Sevda Ulutau / Redaktor.az