Psixoloq İlqar Kərimov ilə görüş keçirilib - “Sevilənlər sevənlər”

 13:09 21.08.2020     1060

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar müvəffəqiyyətlə davam edir.

Redaktor.az xəbər verir ki, növbəti belə görüş ötən gün transpersonal psixoloq İlqar Kərimov ilə keçirilib. Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən canlıya xeyli izləyici qatılıb.

Qonaq ilk növbədə transpersonal psixologiya, psixoterapiya, psixiatriya və psixologiya terminləri haqqında danışmış, onların tərifini verərək, bu anlayışlar arasında olan fərqi izləyicilərin diqqətinə çatdırıb. Həmçinin, müsahib müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, fərdi inkişafın mühüm nüanslarından, ehtiyac yarandıqda ailə terapiyalarının keçirilməsi zəruriyyətindən də söhbət açıb.

Qonaq canlı yayım zamanı istifadəçilərin sualları ilə yanaşı müsahibəni aparan kitabxananın Hüquq İnformasiya Şöbəsinin müdiri Günay Həsənovanın da suallarını cavablandırıb.

Canlı yayım zamanı yoqa terapiya, Şərq döyüş növləri,özünümüdafiə metodları və s. mövzular ətrafında diskussiyalar aparılmışdır. Canlı yayımda təlaş, posttravmatik pozuntular, nevroz və s. mövzular da müzakirə edilib.

İzləyicilərimiz transpersonal psixoloq İlqar Kərimov ilə olan canlı yayıma https://www.instagram.com/p/CEHtDJgC-Ah/ linkı vasitəsilə baxa bilərlər.