Gəncin beynindən 17 il yaşamış canlı qurd çıxarılıb - FOTO

 17:13 29.08.2020     677

Çində kişinin beynindən 13 santimetrlik canlı qurd çıxarılıb. Parazit onun beynində 17 il yaşayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

23 yaşlı gəncin sözlərinə görə, altı yaşından ətraflarının keyiməsindən əziyyət çəkib. Tibbi yardıma isə bədəninin sağ tərəfində hissiyyat tam itdikdən sonra müraciət edib.

Tibb işçiləri parazitin onun orqanizminə çiy şəkildə yeyilmiş qurbağa və ya ilana görə düşdüyünü ehtimal edirlər.//Oxu.az