Bu qoyun üçün 500 min dollar ödənildi - FOTO

 03:37 30.08.2020     761

Dünyanın ən bahalı qoyunu Şotlandiyada keçirilən “Scottish National Texel Sale” auksionunda satılıb. 

Redaktor.az xəbər verir ki, qoyun 367,5 min funt sterlinqə (490,6 min dollar) satılıb.

Teksel cinsindən olan qoyun “Double Diamond” (İkiqat brilliant) ləqəbi ilə tanınıb. Onun ilikin qiyməti 10,5 min funt sterlinq olub.

Teksle cinsli qoyunları Böyük Britaniyada ilk növbədə əla keyfiyyətli əti üçün yetişdirirlər.//Modern.az