"Lotu Quli"nin ailəsində növbəti itki

 15:01 31.08.2020     896

Kriminal alımdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun ailəsində növbəti faciə yaşanıb.

Redaktor.az-ın məlumatına görə, mərhum N. Səlifovun nənəsi Nurxanım Səlifova 85 yaşında vəfat edib. O, yaşadıqları Gürcüstanın Dmanisi rayonunda dəfn edilib.

Xatırladılıb ki, Nadir Səlifov avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq qətlə yetirlib. Cinayəti törətməkdə şübhəli bilinən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli polis əməkdaşları tərəfindən saxlanılıb. //Unikal.org