İnstaqramda 200 milyon izləyicisi olan ilk xanım

 04:20 02.09.2020     514

27 yaşlı Ariana Qrande İnstaqramda 200 milyon izləyicisi olan ilk qadın olub.

Redaktor.az xəbər verir ki, onu ilk təbrik edən Ledi Qaqa olub.

"Əziz rəfiqəm, təbrik edirəm. 200 milyon izləyicin var. Sən kraliçasan, tacı tax" deyə, Ledi bildirib.

İnstaqramda ən çox izləyicisi olan kişi istifadəçi isə Kriştian Ronaldodur. Onun 237 milyon izləyicisi var.