Ərdoğan bu balığı 1,7 milyona satdı

 07:09 02.09.2020     543

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəniz məhsullarının balıqçılıq mövsümünün açılışında hərraca qatılıb.

Redaktor.az xəbər verir ki, Giresunda daşqın fəlakətindən əziyyət çəkən vətəndaşlara dəstək olmaq üçün Ərdoğan hərracda balıq satıb. Onun satışa çıxardığı balığı iş adamı Cəmil Kazancı 1.7 milyon lirəyə alıb.

“Nə aldığımın fərqində deyiləm. Uğurlar, bu sektora xidmət etmək qürurverici bir şeydir. Əlbəttə ki, məqsəd burada çox mübarizə aparan dostlara kömək etməkdir”, – deyə biznesmen bildirib.