Dünyanın ən zəngin qadınının adı AÇIQLANIB

 21:50 03.09.2020     521

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dünyanın ən zəngin qadını olub.

Redaktor.az-ın məlumatına görə, M.Skottun sərvəti 68 milyard dollara çatıb. O, C.Bezosla boşandıqdan sonra “Amazon”un səhmlərinin 4 faizini əldə etmişdi.

S.Makkenzi siyahıda “L'Oreal” kosmetika şirkətinin sahibi, 66,8 milyard dollar sərvəti olan Fransuaza Bettankur-Mayersi qabaqlayıb.

Reytinqdə ilk üçlüyü “Walmart” ticarət şəbəkəsinin təsisçisinin qızı Elis Uolton tamamlayır. Onun sərvəti 63,6 milyard dollar təşkil edib.

Qeyd edək ki, C.Bezosun özünün sərvəti isə 207 milyarda çatıb. //Trend