İngilislərin vurduğu gəmi 80 ildən sonra tapıldı - FOTO

 15:24 08.09.2020     647

İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyası donanmasına məxsus hərbi gəmi 80 ildən sonra tapılıb.

Redaktor.az xəbər verir ki, 174 metr uzunluğunda olan “Karlsruz” adlı gəmi 1940-cı ildə Norveçin Kristiansand limanından geri qayıdarkən ingilis gəmisi tərəfindən torpedalarla vurulub.

Gəmisinin dağıntıları 80 il sonra Kristiansand sahillərindən 13 dəniz mili uzaqlıqda tapılıb. Gəmi dənizin 490 metr dərinliyində aşkarlanıb. //Axar.az