Cənubi Qafqazın ən böyük müəssisəsi - "Az-Granata"dan reportaj / FOTO

 16:17 16.09.2020     735

“Az-Granata” MMC-nin Ağsu rayonunda 14 hektar sahəni əhatə edən meyvə şirələri və şərab emalı zavodu istehsal gücünə görə Cənubi Qafqazın ən böyük müəssisələrindən biridir. Zavodun illik istehsal gücü meyvə şirəsi üçün 100 milyon qablaşdırma, alkoqollu içkilər üçün isə 24 milyon butulka təşkil edir. 2011-ci ilin 30 oktyabr tarixində prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən zavodda hal-hazırda müxtəlif növ meyvə şirələri, kompotları, konsentrat, limonad,üzüm yarpağı, mürəbbə, abqora ilə yanaşı müxtəlif şərablar, viski, konyak, rakı, meyvə araqları və vodka istehsal edilir. Zavodun illik istehsal gücü meyvə şirələri üçün 100 milyon qablaşdırma, alkoqollu içkilər üçün isə 24 milyon butulka təşkil edir. Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlərdə meyvə şirələrinin saxlanılması, şərab və tünd içkilərin saxlanılması anbarından, distillə sexindən, şüşə və "tetra pak" qablarının dolumu və qablaşdırılması sexlərindən, hazır və köməkçi xammalın saxlanılması bölümlərindən ibarətdir.



Tünd içkilərin saxlanılması anbarında Şotlandiya texnologiyası əsasında emal edilmiş viski spirti Amerikan palıdından hazırlanan 500 litrlik çəlləklərdə saxlanılır. Bu palıd çəlləklər Fransadan gətirilib. Tünd içkilər anbarında viski ilə yanaşı 3 ildən 30 ilə qədər palıd çəlləklərdə saxlanılmış konyak spirtləri var. Azərbaycanda ən zəngin konyak ehtiyyatına görə “Az-Granata" zavodunun tünd içkilər anbarını konyakın qızıl fondu adlandırırlar.



“Az-Granata" zavodunun şərab saxlanma anbarında 128 ədəd paslanmayan rezervuar çən yerləşir ki, bu çənlərin hər birinin tutumu 1700 dekolitrdir. Eyni zamanda, anbarda Amerika və Fransadan gətirilmiş 225-350 litr tutuma malik palıd çəllləklər, İtaliyanın “Garbellotto” firmasının istehsalı olan 18 ədəd hər biri 800 dekolitr tutuma malik palıd butlar var. Bunlardan şərabların yüksək keyfiyyətdə yetişdirilməsi məqsədi ilə istifadə edilir. Burada temperatur bütün il boyu ərzində 14-16 dərəcə arasında stabil saxlanılır.

Zavodda müasir standardlara cavab verən Moderizasiya sexi yaradılıb. Sözügedən sexdə Madera tipli portvein şərabların alınır. Bunun üçün şərablar yüksək temperatur altında palıd çəlləklərdə saxlanılır. Saxlanma müddəti isə minumum üç ildir.



“Az-Granata” zavodunun 75 nəfərlik dequstasiya zalı beynəlxalq şərab dequstasiyası qaydalarına uyğun şəkildə dizayn edilib. Dequstasiya zalında zavod rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən digər şərab zavodlarının hər birinin xüsusi stendi qurulub və həmin zavodların məhsulları özlərinə məxsus stendlərə yerləşdirilib. Həmçinin dequstasiya zalının nəznində kiçik şərabçılıq muzeyi də yaradılıb ki, buda müəssisəyə gələn yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılanır.

Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub.

Müəssisədə istehsal edilən bir çox brendlər daxili bazarla yanaşı xarici bazarda da yerini möhkəmləndirir. Hal-hazırda dünyanın 30 ölkəsinə məhsul ixrac edən zavodun ixrac potensialı artmaqda davam edir.



“Az-Granata” MMC-nin 4 hektar tut, 15 hektar albalı, 350 hektar nar və 500 hektar üzüm bağları vardır. Bağ sahələrinin artırılması istiqamətində davamlı olaraq gərəkli işlər görülür. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir. Meyvələrin bir qismi ölkədaxili və xarici bazarlarda satışa göndərilir, digər bir qismi isə müəssisədə xammal kimi istifadə olunur. Müəssisənin üzüm bağları Böyük Qafqaz sıra dağlarının Ləngəbiz Dağ silsiləsinin Adnalı yaylasında salınmışdır. Dəmyə torpaqlarda xüsusi aqrotexniki qaydalara uyğun yetişdirilən yerli və xarici texniki üzüm sortları sırasında Bayanşirə, Mədrəsə, Rkasiteli, Chardoney, Muskat Alexandria, Danlas, Saperavi, Cabarnet Sauvignon, Merlot, Cabarnet Franc, Sauvignon Blanc və s. vardır. Süfrə üzüm sortlarından isə Sultaniyyə, Ora, Centenial Seedless, Thompson Seedless, Superior Seedless, Crimson Seedless, Red Globe, Alphons Lavallie, Prima və Cardinal yetişdirilir. 350 hektar sahədə salınmış orqanik nar bağlarında isə Gülövşə, Çəhrayı gülövşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Əfqan, Firuzeyi, Donuz burnu, Vələs nar sortları yetişdirilir.



“Az-Granata” MMC fəaliyyətində daim yenilikləri ilə seçilir. Şirkətin yenilikləri sırasında aşağıdakıları qeyd etmək olar.

Azərbaycanın qədimdən bu günədək gəlib çıxan milli alkoqolsuz içkisi olan Abqora ölkəmizdə ilk dəfə sənaye üsulu ilə “Az-Granata” MMC-də istehsal edildi.

Ölkəmizdə ilk dəfə Fexoa meyvəsinin şirəsini istehsalçısı “Az-Granata” MMC oldu.

Yaşıl almanın şirəsinin istehsalını da ölkəmizdə ilk tətbiq edən “Az-Granata” MMC müəssisəsi olmuşdur.

Tetrapark qablaşdırılmalarda daxili və xarici bazarlar üçün satışa təqdim edilən bir çox çeşiddə kompot məhsulları ölkəmizdə ilk dəfə “Az-Granata” MMC-də hazırlandı.

Müəssisəyə Almaniya istehsalı olan ən müasir vakuum qurğusunu gətirərək konsentrat əldə edildi. Əldə edilən konsentrat bir neçə xarici ölkəyə ixrac edilir.

Şotlandiya texnologiyası əsasında viski istehsalına “Az-Granata”MMC- nail oldu.

Azərbaycanın milli alkoqollu içkiləri olan Tut və Zoğal araqlarının yeni texnologiyalar əsasında istehsalı da “Az-Granata” MMC-nin uğurlarından biri kimi bilinir.

Türklərin milli alkoqollu içkisi olan Rakı ölkəmizdə ilk dəfə olaraq məhz “Az-Granata” MMC”-də istehsal edildi.

Ölkəmizdə ilk dəfə olaraq 30 illik kolleksiya şərabları “Az-Granata” MMC-də qablaşdırılaraq satışa göndərildi.

Üzümün bütöv giləsinin içərisində şəŕab, kriomatserasiya əsasında şərablar da Azərbaycanda ilk dəfə “Az-Granata” MMC-də istehsal edildi.

Ölkəmizdə ilk dəfə olaraq, açıq havada günəş kameralarında Madera şərablarının yetişdirilməsinə “Az-Granata” MMC-start verdi.

“Az-Granata” MMC-də meyvə və giləmeyvə desert şərabları üçün yeni texnologiya əsasında likyor şərablarının istehsalına başlanıldı.

Nar şərablarının yeni texnologiya əsasında yaranması və insanlar tərəfindən sevilməsində “Az-Granata”MMC-nin müstəsna rolu olmuşdur.

Qazlaşdırılmış nar şərabının istehsalı da “Az-Granata” MMC-də gerçəkləşdi.

Azərbaycanda ilk dəfə alkoqolsuz şərab istehsalı “Az-Granata” MMC-də reallaşdı. Üç çeşiddə olan ağ, qırmızı və çəhrayi şərablar alkoqollu şərabın vakkum avadanlığından keçirilməsi nəticəsində əldə edilir.

Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavanoillər və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır. Həmçinin bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür.

“Az-Granata” MMC-də dünyada ilk dəfə olaraq tam yeni bir texnologiya ilə vodka istehsalına da başlandı. Fərqli bir texnologiya ilə emal edilən bu vodkalar qısa zamanda yerli və xarici vodkalardan nəinki geri qalmadı əksinə onları keyfiyyətinə görə üstələdi.

Bunun nəticəsidir ki, artıq ölkəyə daxil olan xarici vodkalara təlabat 30%-dən çox azalıb. Bu da milli valyutanın xarici ölkələrə axmasının müəyyən qədər qarşısını almış olur. Hətta bu gün “Az-Granata” MMC-nin istehsal etdiyi vodkalar Rusiya, Ukrayna kimi ölkələrə ixrac edilir.

“Az-Granata” MMC vodka istehsalında keçi südündən istifadə etməklə zəhərli maddələri vodkadan çıxarmaq üsulunu tətbiq etdi. Düzdür bəzi ölkələrdə vodkanı südlə emal edənlər var. Lakin onlar quru, yağsız südlə emal edirlər ki, quru süd də denaturasiyaya uğradığına görə məhsulun keyfiyyət göstəricilərini aşağı salır.

“Az-Granata” MMC-istehsalı olan vodkalar 7-14 və 28 gün olmaqla dincə qoyulduqdan sonra süzülərək satışa təqdim edilir.

“Az-Granata” MMC vodkalarının tərkibinə təbii bal və gümüş ionlar vurulur. Buda özlüyündə keyfiyyət göstəricilərinin yüksəldilməsi deməkdir.

“Az-Granata” MMC-də nar tumunun emal edilərək xaricə satılması da baş tutdu.

Bu il Azərbaycanda ilk dəfə olaraq “Az-Granata” MMC-də həsirlərin üzərində üzümləri 3-5 gün müddətində soluxdurmaqla yeni şərabların hazırlanması istiqamətində gərəkli işlər görülür.

“Az-Granata” turistlərin də maraqla üz tutduğu məkana çevrilib. Müəssisənin dəniz səviyyəsindən 600-800 metr hündürlükdə Böyük Qafqaz sıra dağlarının Ləngəbiz Dağ silsiləsinin Adnalı yaylasında salınmış 500 hektarlıq üzüm bağları da 2017-ci ilin oktyabr ayında Prezident İlham Əliyev üzüm bağlarımızda olarkən verdiyi göstərişə əsasən turistlərin marşrut xətti istiqamətinə daxil edilib və artıq qonaqlar Ağsuda yerləşən zavodla yanaşı həm də Şamaxı şəhəri ərazisindəki üzüm bağlarını da gəzib görə bilir. 20-ə yaxın turizm şirkəti ilə əməkdaşlıq edən “Az-Granata” şirə və şərab emalı zavodunda hər il ümumilikdə 1500-ə yaxın qonaq qəbul olunur. Beləliklə, yerli məhsullarımızın dünyada tanınmasında əvəzsiz rolu olan şirkət bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirməyi qarşıya məqsəd qoyub.