Milli alkaqolsuz içkimiz abqora necə hazırlanır? - VİDEO

 14:07 17.09.2020     703

“Az-Granata” MMC adəti üzrə bu mövsüm də sənaye üsulunda abqora istehsalı prosesinə başlayıb.

“AZGRANATA” MMC olaraq istehsal sahəsində adımızın tarixə yazılmasına və qürurlanmağımıza səbəb olan bir məhsul haqqında geniş məlumat vermək istəyirik. Bu məhsul Azərbaycanın qədim zamanlardan bu günədək hər kəs tərəfindən tanımış olduğu alkaqolsuz milli içkimiz olan ABQORA, yəni qora suyudur. Abqora sənaye üsulu ilə ölkəmizdə ilk dəfə “AZGRANATA” MMC-də istehsal edilərək satışa verilmişdir.

Abqora, Azərbaycan mətbəxində özünəməxsus yer tutan, yüzlərlə xəstəliklərin müalicəsində istifadə edilən və çox qədim tarixə malik olan alkaqolsuz içkidir.

Qora suyu daha çox səbziqovurma və toyuq çığırtmasına əlavə edilir.

Ağır, yağlı və ət xörəklərin üstündən biraz abqora içmək masləhət görülür.

Qora suyunda olan üç vitamin bilavasitə qan və qan əmələgətirən sistemə aiddir:

Qora suyu tənəffüs yollarının iltihabında çox faydalıdır. Meyvələri yüngül işlədici və tərlədici təsirə malikdir.

Qora suyu qan azlığında, babasildə, bronxial asmada, maddələr mübadiləsi pozulanda, böyrək və qaraciyər xəstəliklərində, ürəyin funksional xəstəliyində, hipertoniyada, əsəb üzgünlüyündə, yuxusuzluqda və qəbizlikdə məsləhət görülür. Təzyiq və şəkər xəstəliyində istifadə etmək üçün 40-50 qram qora suyu bir stəkan suya əlavə edilir və gün ərzində iki dəfə istifadə edilir.

Qora suyu şiş xəstəliyinin həm müalicə edilməsində həm də bu xəstəliyin yaranmasının qarşısının alınmasında müstəsna əhəmiyyətə malikdir.

Abqoranın boğaza, bağırsaq yaralarına tökülməsi müsbət nəticə verir.

Saçların tökülməsinin qarşısını almaq üçün saçınızı sonuncu yaxalayacağınız suya bir neçə damcı qora suyu əlavə edin. Bu həm də saçın yumşaq və parıltılı olmasına imkan verəcək.

Tibbnamə kitabında məşhur həkim Məhəmməd Yusif Şirvani XVI əsrdə qora suyundan apetitin yaranması, öskürəkdə, bir sıra başqa xəstəliklərin müalicəsində istifadə etmişdir.

Bu qədər xəstəliklərin müalicəsində istifadə edilən qora suyu bir çox ədəbiyyatlarda həmişə olduğu kimi yenə də bilərəkdən təhrif olunur. Belə ki, qora suyunun ilk istehsal tarixi Fransa ilə əlaqələndirilir və ensiklopediyalarda bu tarixin XIV əsrə aid olduğu haqqında məlumat verilir.

Lakin Azərbaycanda qora suyunun istehsal tarixi ilə əlaqədar apardığımız araşdırmalarda müəyyən etdik ki, Qora suyu haqqında yazılı məlumata ilk dəfə XII əsrdə dahi şairimiz Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında rast gəlinir.

Bir vaxtki qoraydım, bir vaxtki kaldım,
Onda şirin idim, elə bil baldım.
Əzib şirəmidə ayırardılar,
Ondan da tütiyə qayırardılar.

Bu sətirlərə əsasən söyləmək olar ki, Nizami Gəncəvinin dövründə “Qora suyu” bir tutiyə kimi tanınırdısa, onda qora suyunun istehsal tarixi hətta bu dövrdən də yüz illərlə qabağa gedir. Keçmişdə və hal-hazırda tütiyə sözü minlərlə xəstəliyin dərmanı mənasında işlədilir. Araşdırmalara əsasən söyləmək olar ki, qora suyu Azərbaycanda 3 və ya 4 əsr Fransadan qabaq istehsal edilmişdir. Bu da qora suyunun vətəninin Azərbaycan olmasını söyləməyə əsas verir.