Dünyanın ən yaşlı qadınında uzunömürlülük REKORDU

 16:47 18.09.2020     982

Yaponiyalı Kane Tanaka dünyanın ən uzunömürlü sakini kimi Ginnesin rekordlar kitabına düşüb.

Redaktor.az-ın məlumatına görə, qadının yaşı 117 il 260 günü keçib. Bununla da o, iki il əvvəl vəfat etmiş Nabi Tadzimanın rekordunu təzələyib.

K. Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. O, şokoladı və qazlı içkiləri çox sevdiyini və 120 yaşınadək yaşamağa ümid etdiyini deyib. //Trend