Kosmosda bədii film çəkiləcək

 05:22 24.09.2020     380

Rusiya Televiziyasının Birinci Kanalı və "Yellow, Black and White" studiyası kosmosda ilk bədii filmi çəkəcək.

Redaktor.az AZƏRTAC-a istinadən bildirir ki, filmin baş qəhrəmanı Beynəlxalq Kosmik Stansiyaya 2021-ci ildə "Soyuz MS" gəmisində göndəriləcək.

Kinonun işçi adı "Çağırış"dır. Baş qəhrəman və onun dublyoru açıq müsabiqə nəticəsində müəyyən ediləcək.