Payızın ən dəbli makiyajları - FOTO

 07:15 27.09.2020     822

Dəb təkcə geyimlərdən yox, eyni zamanda da makiyajdan ibarətdir. Hər mövsümün özünün makiyaj tərzi olduğu kimi, hər ilin də yenikləri var.

Redaktor.az 2020-ci ilin payız aylarının ən dəbli makiyajlarını təqdim edir:

"Lüt" sifət

Bu, görünməyən makiyajdır. Stilistlər tamamilə rəngsiz kosmetikadan istifadə etməyi məsləhət görür. Lazım olmadığı halda makiyaj etməkdən çəkinin.

 

"Glass Skin"

Hər gün istifadə edilən ən məşhur makiyajdır. Nəmli, parıldayan üz artıq dəbdir. 


Ənlik

Burada yalnız yanaqlar diqqət çəkməlidir. çalışın daha tünd ənliklərdən istifadə edin.

"Smokey Eye"

Gözlərdəki bu kölgə effekti artıq illərdir dəbdən düşmür. Buna görə də gözləri balaca olanlar yenə də göz kölgələrindən istifadə edə bilər.

"Qızılı"

Payızda ən çox qızılı rəng üstünlük təşkil etməlidir. Bunu göz kölgəsində istifadə edə bilərsiniz.

//Axşam.az