Valideynlərlə bir evdə yaşamaq təhlükəlidirmi?

 06:23 10.10.2020     738

Yetkin insanların, xüsusən 20 yaşdan sonra valideynləri ilə bir evdə yaşaması, evləndikdən sonra da onlarla qalması gənclərin psixi və fiziki sağlamlığı üçün əslində təhlükəlidir.

Burada söhbət valideynə sevgidən, hörmətdən, mentalitetdən və ya bir evdə yaşamaq məcburiyyətindən getmir.

Redaktor.az bu təhlükənin elmi səbəblərini təqdim edir:

Separaçiya vaxtında baş verməlidir

Psixilogiyada bir termin var: separasiya - uşaqların valideyndən ayrılıb müstəqil həyata atılması.

Separaçiya bir neçə formada ola bilər: fiziki, psixoloji, maddi.

Bunlar hamısı eyni anda da baş verə bilər, zamanla tək-tək də.

Ayrı evdə yaşamaq fiziki ayrılmadır.

Əsas məqam budur: əgər bu separaçiya vaxtında baş verməsə, sonradan maddi və psixoloji ayrılma mümkün olmayacaq.

Burdan da övladlarla valideyn arasında münasibətlərdə problemlər başlayır.

Yaşlı valideynlərə qulluq

Çox zaman övladlar valideynə yaşlı vaxtında qulluq etmək üçün ya onunla bir evdə qalır, ya öz evinə gətirir. Yaşlı insan üstəlik ciddi xəstəliyi varsa qulluq etmək asan deyil. Əgər övlad özü işləyirsə, öz səhhətindən problem varsa, bu onu psixoloji və fiziki olaraq yoracaq.

Nəticədə ana üzülən övladına baxıb daha da üzüləcək. Bu prosesdə də çox zaman münasibətlər pisləşir. Sonda incikliklə nəticələnir. Ən yaxşı variant ata-ana üçün xüsusi baxıcı və ya yaxın bir adamı qulaq yoldaşı kimi tutmaqdır.

Valideynə gündə 1 dəfə gedib baş çəkməklə, hər gün onunla bir evdə yaşamağın verdiyi hisslərin arasında çox fərq var.

Ailə içində ailə

Öz şəxsi ailəni, uşaqlarını valideynlərlə bir damın altında qurmaq ən böyük yanlışlardan biridir.

Nəvələr hər iki tərəfindən təsirinə məruz qalır, yaşlı ata –ana sakilik tapmadığından əsəblərini gəlindən çıxır, gənc ailə də yaşlıların onların işinə qarışmasından bezir.

Bu mərhələdə ən çox problemlər, skandallar yaşanır və boşanmaya kimi gedib çıxır.

Yenə də burda məqam psixolojidir: təzə ailə köhnə ailənin evinin içindı mənəvi sərhədlərini keçir.

“Ana uşaqları”

Psixoloqlar əmin edir ki, yetkin övlad nə qədər çox valideyni ilə bir yaşasa, sonradan onlardan ayrılmaq bir o qədər çətin, mümkünsüz olur. Onun beyni, bədəni, psixologiyası artıq buna öyrəşir və yeniliklərdən qorxur.

Ömür boyu valideynləri ilə yaşayan insanların davranışı da sanki uşaq kimi qalır. Belə insanlar yalnız ata-anası rəhmətə gedəndə sanki yuxudan oyanır və böyüyür. Bu isə onların həyata başqa cür adaptasiyasında problem yaradır. Əgər 30-40 yaşında da ana uşağı, əl quzusu kimi qalmaq istəmirsizsə, vaxtında ayrılmağa qərar verin.

Statistikaya görə, ömrünü valideynləri ilə keçirən insanlar yaşlaşdıqda və dünyadan köçəndə həyatlarındakı bu məqamdan, ümumilikdən talelərindən narazı olurlar və həmişə tək yaşasaydım, hər şey ayrı cür olardı fikrinin həsrətini çəkirlər.

Ata-ananın nazını, qayğısını çəkmək olar, amma öz psixoloji və onların psixoloji sərhədlərini qorumaqla. Bəzən ata-ana da övladla birgə yaşamaqdan bezir, amma dilə gətirmir, bəzənsə övlad ayrılmaq istəsə də arzusunu gerçəkləşdirmir. Bu isə hər iki tərəfin daxilində bir konflikt yaradır. //Medicina.az