Rusiyada ixtiozavrın qalıqlarları aşkarlandı
Vladivostokdakı Rus adasında qədim heyvan sümükləri aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Geologiya İnstitutunun Paleontologiya laboratoriyasının rəhbəri Yuri Bolotski bildirib.
Onun sözlərinə görə, ehtimal ki, aşkarlanan ixtiozavrın qabırğalarının izləridir:
"İxtiozavrlar bütün dənizlərdə yaşayırdılar. Bu, Rus adasında ikinci belə tapıntıdır", - deyə Y.Bolotski bildirib.
Alim həmçinin güman edir ki, skeletin ən əhəmiyyətli hissəsi - kəlləsi bu günə kimi qala bilərdi. //Report.az












