Ayının hücumuna məruz qalan qadın sağ qalıb

 12:09 01.11.2020     488

Yaponiyanın İna yaşayış məntəqəsində ayı 79 yaşlı qadına hücum edib.

Redaktor.az xəbər verir ki, qadın baş nahiyəsindən ağır xəsarətlər alsa da, həyatda qala bilib.

Həkimlər üz sümüklərinin açıq sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılan qadına lazımi köməklik edib.

Qeyd olunur ki, Yaponiyada ayıların insanlara hücumu demək olar ki, hər gün qeydə alınır.

Yaponiyada təkcə ötən həftə yeddi nəfər ayı hücumu nəticəsində müxtəlif dərəcəli xəsarət alıb. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən